EN

Rusiya ordusu bu ərazilərdə “sındı”

“Moskvanın Ukraynanın şərq ərazilərinin tezliklə ələ keçirilməsi ilə bağlı bütün bəyanatları uydurmadır, Rusiya hücumlarda məğlubiyyətə uğrayır və dezinformasiya axını ilə onları kompensasiya edir”.

KONKRET.az xəbər verir ki, bu sözləri Ukrayna prezidenti Vladimir Zelenski deyib.

Viktor Pinçuk Fondunun təşkil etdiyi YES 2025 İllik Konfransı zamanı Zelenski bildirib ki, Rusiya ordusunun say üstünlüyü, pilotsuz təyyarələrdən və müasir texnologiyalardan istifadə etməsi səbəbindən cəbhədəki vəziyyət çətinləşib. Eyni zamanda o vurğulayıb ki, Ukrayna cəbhə xəttinə nəzarəti saxlayır və say üstünlüyünə baxmayaraq, rus qoşunlarına tapşırıqları yerinə yetirməyə imkan vermir.

“Ruslar dezinformasiya kampaniyasını döyüş meydanından qat-qat yaxşı gücləndirmək üçün çox səylə çalışırlar. Amma əminəm ki, onlar şərqdə parçalanacaqlarını anlayaraq şərqlə bağlı bu qədər məlumatdan istifadə edirlər. Düşünürəm ki, yaxın bir-iki gün ərzində biz tamamilə fərqli məlumatlar eşidəcəyik. Qoy bizim hərbi komandanlığımız buna münasibət bildirsin”, – deyə Ukrayna prezidenti izah edib.

O, həmçinin vurğulayıb ki, Moskvanın döyüş meydanına hücumları uğursuz olduğu üçün informasiya təzyiqini artırır. Zelenski bildirib ki, Rusiya ordusunun Sumı, Novopavlovsk və Pokrovsk istiqamətlərində hücum hərəkətləri uğursuzluqla başa çatıb – son iki ayda bütün hücumlar Ukrayna Silahlı Qüvvələri tərəfindən dəf edilib və məğlub edilib.

Prezident Rusiyanın guya 3 aya Ukraynanın şərqini ələ keçirməyə qadir olduğu haqda deyilənlərə də münasibət bildirib.

“Ağ Evdə eşitdiklərim – onların necə irəlilədikləri və üç aydan sonra ölkəmizin şərqini işğal edəcəkləri – yalandır. İllər sonra bunu edə bilməyəcəklər. Amma heç kim illərlə döyüşmək istəmir”, – Zelenski vurğulayıb.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Chosen
28
konkret.az

1Sources