EN

Yalnız sanksiyalar Rusiyanı dayandıra bilər - Zelenski

BAKI, TurkicWorld

Ukrayna Prezidenti Volodimir Zelenski Avropa ölkələrinə müraciət edib.

TurkicWorld xəbər verir ki, dövlət başçısı Avropa ölkələrinə səslənərək vurğulayıb ki, yalnız sanksiyalar Rusiyanın başladığı müharibəni dayandıra bilər.

“Mən bütün tərəfdaşlarımıza müraciət edirəm: artıq yeni sanksiyaların tətbiqinə mane olacaq bəhanələr axtarmaqdan imtina edin. Əgər kimsə bu müharibənin bitməsini istəyirsə, Rusiya hərbi maşınının qarşısını almaq üçün vacib addımlar atmalıdır. Biz ABŞ-dən daha qəti addımlar, güclü sanksiya və tarif siyasəti gözləyirik. Elə bir siyasət ki, bütün dünya üçün ciddi arqument olsun", - Zelenski qeyd edib.

Chosen
7
3
turkic.world

5Sources