EN

NATO bu ölkədə əməliyyata BAŞLADI

NATO-nun Polşada “Şərq Keşikçisi” adlı yeni əməliyyatı başlayıb. 

News24.az xəbər verir ki, məlumatı Polşa Baş Qərargahı yayıb.

Əməliyyatın başladılması barədə qərar sentyabrın 12-də NATO-nun baş katibi Mark Rutte tərəfindən elan olunub. Əməliyyatın əsas məqsədi pilotsuz uçuş aparatlarının Polşaya kütləvi daxilolması fonunda Alyansın şərq cinahının müdafiəsini gücləndirməkdir.

Əməliyyata Danimarka, Fransa, Böyük Britaniya, Almaniya və digər ölkələrin qüvvələri cəlb olunub.

Aqil

Chosen
218
news24.az

1Sources