EN

“İmişli” və “Turan Tovuz”dan qələbə YENİLƏNİB

Idmanxeber.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Misli Premyer Liqasında 4-cü tur davam edir.

İdmanxeber.az xəbər verir ki, günün ilk oyunda “İmişli” “Sumqayıt”ı qəbul edib. Quba Olimpiya İdman Kompleksində gerçəkləşən görüş ev sahibinin qələbəsilə başa çatıb – 1:0. 

Günün ikinci oyununda “Turan Tovuz” evdə “Qəbələ” ilə üz-üzə gəlib. Oyun Tovuz təmsilçisinin qələbəsilə yekunlaşıb – 1:0.

Tovuz klubu bu qələbəylə 9 xalla 2-ci  yerdədir. Aktivində 1 xalı olan Kaxaber Tsxadadzenin komandası isə 11-cidir.

Misli Premyer Liqası

1-ci dövrə, 4-cü tur

13 sentyabr (şənbə)

16:30. “İmişli” – “Sumqayıt”  1:0

Qol: Mehdi Cənnətov, 72 – avtoqol

Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Eyyub İbrahimov, Kamranbəy Rəhimov.

VAR: Elçin Məsiyev.

AVAR: Pərvin Talıbov.

Quba OİK stadionu.

19:00. “Turan Tovuz” – “Qəbələ”  1:0

Qol: Aleks Souza, 54

Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Emin Əliyev.

VAR: Rəvan Həmzəzadə.

AVAR: Cəmil Quliyev.

“Azersun Arena”.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
13
1
idmanxeber.az

3Sources