EN

Qazinin adından yüksək təzyiqli su xəttinin üzərində ev tikmək istədilər...VİDEO

Yüksək təzyiqli su xəttinin üzərində qanunsuz fərdi ev tikintisi aparıldığı iddia olunur...

Ərazidə yerləşən yüksək təzyiqli su xəttinin təhlükəsizlik zonasında tikinti işlərinin aparıldığı barədə daxil olan məlumat əsasında dərhal tədbir görülüb. Əraziyə Su Ehtiyatları Dövlət Agentliyinin nümayəndələri, Abşeron Rayon İcra Hakimiyyətinin məsul şəxsləri və polis əməkdaşları cəlb olunub.

Ərazidə qanunsuz tikinti apardığı iddia edilən qazi Kənan Zeynalovun yaxını bildirdi ki, onlar torpağı alqı-satqı ilə Sələmi adlı şəxsdən alıblar. Lakin sonradan həmin ərazisinin saxta sənədlərlə satıldığını biliblər. Bu da əraziyə aidiyyəti qurumların əməkdaşları gələndən sonra məlum olub. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin texnikaları isə ərazidə qazıntı aparsalar da, yüksək təzyiqli su xəttinin mənbəyini aşkar edə bilməyiblər.

Abşeron rayon İcra Hakimiyyətindən "XəzərXəbər"ə bildirilib ki, bəzi işbazlar Vətən Müharibəsi iştirakçılarının, qazilərin cəmiyyətimizdəki nüfuzundan istifadə etməyə, onlardan özlərinin qeyri-qanuni fəaliyyətlərində qalxan kimi istifadə etməyə, şaxsi maraqları naminə qaziləri dövlət qurumları ilə üz-üz qoymağa çalışırlar. Masazır kəndində isə qeyri-qanuni inşa olunan tikililər artıq sökülür. Belə ki, ərazinin monitorinqi zamanı Masazır kəndindən keçən Şollar su xəttinin kənarında heç bir icazəverici sənədi olmadan, o cümlədən su xəttinin mühafizə zolağına düşən hissədə tikinti işlərinin həyata keçirildiyi müşahidə edillib. Abşeron Rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən qeyri-qanuni tikinti işləri aparan şəxslərlə maarifləndirici söhbətlər aparılıb, onlara qanunvericiliyin tələbləri izah olunub. İnşası davam etidirlən tikililər sökülüb, digər tikililərin sahiblərinə isə ciddi xəbərdarlıqlar edilib.

Hazırda məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Chosen
26
xezerxeber.az

1Sources