1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Rumıniya Hərbi Hava Qüvvələri ölkənin hava məkanı üzərində pilotsuz uçuş aparatları vurub.
Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, iki F-16 qırıcı təyyarəsi Feteşti aviabazasından təhlükəyə cavab vermək üçün qalxıb.
Dronların İran istehsalı olan və hazırda Rusiya ordusunun Ukraynaya qarşı geniş şəkildə istifadə etdiyi "Şahed" PUA-ları olduğu bildirilir.
Xatırladaq ki, sentyabrın 10-da Polşa Rusiya PUA-larının Ukraynaya qarşı genişmiqyaslı hücum zamanı ölkənin hava məkanını pozduğunu açıqlamış və onların zərərsizləşdirildiyini bildirmişdi.