EN

Jorj Kaşkilya: “Bu oyuna hazırlıqlı gəlmişdik”

Misli Premyer Liqasının IV turunun "İmişli" - "Sumqayıt" matçından (1:0) sonra meydan sahiblərinin baş məşqçisi Jorj Kaşkilyanın mətbuat konfransı keçirilib.

Apasport.az xəbər verir ki, mütəxəssis jurnalistlərin suallarını cavablandırıb.

"Bu gün çox gərgin və maraqlı oyun izlədik. Komandamız güclü rəqibə qarşı mümkün qədər yaxşı çıxış etməyə çalışdı. “Sumqayıt” çox keyfiyyətli futbolçulara malik komandadır və biz bu oyuna tam hazırlıqlı gəlmişdik.

Birinci hissədə qarşılıqlı hücumlarla bərabər oyun getdi. Künc zərbəsindən bir böyük şansımız oldu, amma top qapının tirinə dəydi. İkinci hissə daha da çətin keçdi, çünki oyunçular yorğunluq hiss edirdilər. Bununla belə, sona qədər mübarizə apardıq və qalibiyyət qolunu vurmağı bacardıq. Bu qələbə bizim üçün böyük qürurdur. Çünki belə güclü hücum xətti olan komandaya qarşı oynamaq asan deyil. Bu nəticə oyunçularımızın zəhmətinin və əzmkarlığının göstəricisidir. İndi isə qarşıdakı oyunlara daha ciddi hazırlaşaraq azarkeşlərimizi sevindirməyə çalışacağıq”.

“İmişli” “Sumqayıt”ı məğlub etdi - YENİLƏNİB

U15 millimiz Monteneqro ilə qarşılaşacaq

Millimiz Gürcüstana məğlub olub

Türkiyə millisi Finala yüksəldi

I Liqa: “Şəfa” və “Səbail”dən qələbə

Chosen
57
1
apasport.az

3Sources