EN

“Sumqayıt”ı məğlub edən “İmişli”yə texniki məğlubiyyət veriləcək

Misli Premyer Liqasının IV turunda “Sumqayıt”ı məğlub edən “İmişli” komandasına texniki məğlubiyyət veriləcək.

Editor.az  “Report”-a istindən xəbər verir i, buna “Sumqayıt”la oyunda adı protokolda olmayan futbolçunun meydana girməsi səbəb olub.

İbrahim Əliyev görüşün ikinci hissəsində Ezekiel Morqanın yerinə meydana çıxıb.

Qarşılaşmanın əsas vaxtı “İmişli”nin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

72-ci dəqiqədə “gənclik şəhəri” təmsilçisinin qapıçısı Mehdi Cənnətov avtoqol müəllifi olub.

Chosen
22
7
editor.az

10Sources