EN

"Qarabağ"ın rəqibi qələbə qazandı

Niderland çempionatında 5-ci turun oyunları keçirilib.

"Football-plus.az" xəbər verir ki, "Ayaks" öz meydançasında "Evolle"ni qəbul edib.

Oyun 3:1 hesabı ilə "Ayaks"ın xeyrinə başa çatıb. Qolları qaliblərdən Davi Klassen (18) və Mika Qodts (37, 86) vurublar. Qonaqlardan Kay de Roy (69) fərqlənib. Bu qələbədən sonra "Ayaks" 5 oyundan 11 xal toplayıb.

"Ayaks" Çempionlar Liqasında "Qarabağ"ın rəqibidi. Komandalar arasında oyun dekabrın 10-da Bakıda keçiriləcək.

Chosen
7
2
football-plus.az

3Sources