Axar.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Rusiya Sovet Federativ Sosialist Respublikasının əməkdar həkimi, sovet və rus patoloqu Boris Ariel Sankt-Peterburqda boğulub.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin şəhər üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.
"Kurortnı rayonunda əməliyyat-axtarış tədbirləri zamanı saat 16:40-da (Bakı vaxtı ilə 17:40) sahildən 40 metr aralıda batan kişinin (ehtimal ki, Ariel Boris Moiseyeviç, 1937-ci il təvəllüdlü, əməkdar həkim) meyiti aşkar edilib. Cəsəd çıxarılaraq polis əməkdaşlarına təhvil verilib", - məlumatda deyilib.
Qeyd edək ki, Boris Ariel sovet və rus patoloqu, RSFSR-in əməkdar həkimi, 350-dən çox elmi əsərin müəllifidir.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.