GlobalInfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
“Hazırkı vəziyyət 1938-ci ili xatırladır. O dövrdə Çexoslovakiya dəstəkdən məhrum olub və nasist Almaniyası tərəfindən işğal edilib”.
Globalinfo.az xəbər verir ki, bunu Avropa İttifaqının diplomatiya rəhbəri Kaya Kallas deyib.
O qeyd edib ki, əgər Ukrayna devrilərsə, bütün Avropanın təhlükəsizliyi risk altına düşəcək.
Diplomat əlavə edib ki, Moskva ilə ərazi güzəştləri barədə danışıqlar “tələdir”. Onun sözlərinə görə, Rusiya taktikasında dəyişiklik yoxdur: başqasının ərazisini tələb etmək, təzyiqi artırmaq və nəticədə ilkindən daha çoxunu əldə etmək.
Bundan əlavə, Kallas bildirib ki, Avropa İttifaqı artıq 19-cu sanksiya paketini hazırlayır. Bu zamana qədərki qadağalar nəticəsində Rusiya 450 milyon dollar itirib.
Aysel Əliyeva
Globalinfo.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.