EN

Bolqarıstanda avronun tətbiqinə qarşı kütləvi aksiyalar keçirildi

BAKI, 14 sentyabr. TELEQRAF

Bolqarıstanda vahid Avropa valyutasının tətbiqinə qarşı və hökumətin istefası tələbi ilə kütləvi etiraz aksiyaları keçirilib.

Teleqraf xəbər verir ki, paytaxt Sofiyada, həmçinin Varna, Plovdiv, Şumen və digər şəhərlərdə keçirilən nümayişlərin təşkilatçısı "Dirçəliş" partiyası olub.

"Bizim etirazımızın mesajı birdir - hökumətin istefası. Bu, Bolqarıstanı, bolqar levini qorumaq üçün zəruridir", - "Dirçəliş" partiyasının lideri Kostadin Kostadinov jurnalistlərə bildirib.

Parlament qarşısında növbəti etiraz aksiyası sentyabrın 18-nə planlaşdırılıb. Həmin gün deputatlar müxalifətin hökumətə etimadsızlıq votumu təşəbbüsünü səsverməyə çıxaracaqlar.

Chosen
36
teleqraf.com

1Sources