EN

Ukrayna ordusu Kupyanskı tərk edib Qançev

ain.az, Axar.az saytına istinadən bildirir.

Ukrayna Silahlı Qüvvələri Xarkov vilayətinin Kupyansk rayonunu praktiki olaraq tərk edib və ayrı-ayrı silahlılar şəhərdə mövqelər tuturlar.

Axar.az xəbər verir ki, bu barədə Xarkov vilayətinin "hərbi-mülki administrasiyasının rəhbəri" Vitali Qançev bildirib.

“Qoşunlarımız artıq praktiki olaraq Kupyanskın mərkəzində idilər. Bu, onu göstərir ki, Ukrayna silahlı dəstələri praktiki olaraq şəhəri tərk ediblər, onlar yalnız özlərinin yaxşı mühafizə olunan müəyyən möhkəmləndirilmiş mövqelərində qalıblar. Təbii ki, onlar Kupyanskın qabaqcıl mövqelərindən geri çəkilməyə çalışırlar”, - Qançev qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
57
3
axar.az

4Sources