EN

Yuventus un baş məşqçisi: Qəribə oyun idi

ain.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Turinin "Yuventus" klubuunun baş məşqçisi İqor Tudor A Seriyasının 3-cü turunda "İnter"lə oyunda (4:3) komandasının qələbəsini şərh edib.

İdman.biz bildirir ki, oyunda 90+1-ci dəqiqədə qələbə qolunu yarımmüdafiəçi Vasiliye Aciç vurub.

"Qəribə matç oldu, qollarla və hesabda dəyişikliklərlə dolu idi. Sonda belə oyunların nəticəsini bəzən Aciçin vurduğu kimi qollar həll edir ki, onun da, belə qabiliyyəti mövcuddur. O, meydana çıxmağa layiq idi, son vaxtlar özünü ən yaxşı tərəfdən göstərirdi. Bu, böyük qələbədir, çünki güclü, yüksək səviyyəli komandaya qarşı oynayırdıq. Təbii ki, oyun zamanı daha yaxşı oynaya bilərdik", - Tudor deyib.

Xorvatiyalı mütəxəssis müdafiəçi Xuan Kabalın zədədən sonra meydanlara qayıtmasına da müsbət reaksiya verib. İtaliya A Seriyasının üç oyunundan sonra "Yuventus"un 9 xalı var və turnir cədvəlində birinci yeri tutur.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
27
1
icma.az

2Sources