EN

Kelloq: Çin Rusiyaya yardımını kəssə, müharibə sabah bitər

BAKI, 14 sentyabr. TELEQRAF

ABŞ prezidentinin xüsusi nümayəndəsi Keyt Kelloq hesab edir ki, Çin Rusiyaya dəstəyini dayandırarsa, bu, Ukraynaya qarşı müharibənin çox tez bitməsinə gətirib çıxaracaq.

Teleqraf Ukrinform-a istinadən xəbər verir ki, Kelloq bu fikri Kiyevdə keçirilən Yalta Avropa Strategiyasının (YES) 21-ci illik toplantısında bildirib.

Onun sözlərinə görə, Rusiya hazırda iqtisadi və hərbi imkanlar, eləcə də “tarixi üstünlük və liderlik” baxımından Çinin “kiçik tərəfdaşıdır”.

"Düşünürəm ki, Çin Rusiyaya yardımını kəssə, bu müharibə sabah bitər", - o vurğulayıb.

Eyni zamanda ABŞ prezidentinin xüsusi nümayəndəsi deyib ki, Rusiyanın döyüş meydanında müvəqqəti üstünlük əldə edə bilsə də, Ukraynaya qarşı aparılan müharibədə qalib gəlməyəcək.

"Onlar (Rusiya ordusu - red .) düşünmək istədikləri qədər güclü deyillər. Bəli, onların güclü ordusu var, lakin iddia etdikləri qədər güclü deyil", - Kelloq deyib.

Eyni zamanda o, Putinə nüvə silahlarını insanlara xatırlatmağı dayandırmağı tövsiyə edib, çünki “Fransa, Böyük Britaniya, ABŞ- da eyni silahlara malikdir”.

Diplomatın fikrincə, indi güclü iqtisadi sanksiyalar tətbiq etmək lazımdır, məsələn, Rusiya Federasiyasının suveren aktivlərinə və ya neft ixracına qarşı: "Əsas odur ki, sanksiyalar tətbiq olunmalıdır. Bu, risklərin artmasına səbəb ola bilər, lakin bunu etmək lazımdır".

Chosen
9
teleqraf.com

1Sources