EN

Polşa Trampın Rusiyaya qarşı sanksiyalarını dəstəkləyəcək

BAKI, 14 sentyabr. TELEQRAF

Polşanın milli müdafiə naziri, baş nazirin müavini Vladislav Kosinska-Kamış ölkəsinin ABŞ prezidentinin Rusiyaya qarşı yeni sanksiyalarını dəstəkləyəcəyini bəyan edib.

Teleqraf xəbər verir ki, bu barədə Polşa radiosu məlumat yayıb.

Polşa hökumət rəsmisi Donald Trampın “TruthSocial” platformasında bütün NATO ölkələrinin oxşar tədbirlər görməsi və Rusiya neftinin alışını dayandırması şərti ilə sanksiyalar tətbiq etməyə hazır olduğunu bildirdiyi paylaşımını belə şərh edib .

Kosiniak-Kamış Polşanın Rusiyadan enerji resurslarının alınmasına qarşı olduğunu vurğulayıb:

"Biz bu barədə qətiyyətliyik. Biz Rusiya Federasiyasından alqı-satqılara birmənalı yanaşırıq - bu satınalmalara qəti "yox" deyirik. Ona görə də biz enerji baxımından Şərqdən müstəqil olmaq, həm də bu müstəqilliyi mümkün qədər Polşanın imkanları əsasında qurmaq üçün səylər göstərmişik".

Chosen
12
50
teleqraf.com

10Sources