Niderlandın Haaqa şəhərində dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin 140 illik yubileyi və Milli Musiqi Günü münasibətilə Azərbaycan musiqisinin incisi – "Leyli və Məcnun" operası nümayiş olunub.
Bu barədə Publika.az-a Azərbaycanın Niderland Krallığındakı səfirliyindən məlumat verilib.
Tədbir Azərbaycan-Niderland Odlar Yurdu Cəmiyyətinin təşkilatçılığı və Azərbaycan Respublikasının Diasporla iş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutub.
Rəsmi hissədə Azərbaycanın dövlət himni səsləndirilib, torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Azərbaycanın Niderlanddakı səfiri Məmməd Əhmədzadə Üzeyir Hacıbəylinin Azərbaycan mədəniyyətinin paytaxtı olan Şuşada anadan olduğunu bildirərək yubiley tədbirlərinin məhz azad edilmiş Şuşa və Qarabağda keçirilməsinin mühüm tarixi və mənəvi əhəmiyyət daşıdığını deyib.