EN

Bolqarıstanda kütləvi etirazlar:HÖKUMƏTİN İSTEFASI TƏLƏB OLUNUR

Bolqarıstanın paytaxtı Sofiya başda olmaqla, bir sıra şəhərlərdə vahid Avropa valyutasının tətbiqinə qarşı və hökumətin istefası tələbi ilə kütləvi etiraz aksiyaları keçirilib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Bolqarıstan paytaxtının mərkəzində hərəkəti iflic edən etiraz aksiyasının təşkilatçısı "Dirçəliş" Partiyası olub.

 

"Etirazımızın mesajı təkdir – hökumətin istefası. Bu, Bolqarıstanı qorumaq, bolqar levini qorumaq üçün vacibdir", – deyə partiya lideri Kostadin Kostadinov jurnalistlərə bildirib.

 

Aksiya Bolqarıstan parlamentinin binası qarşısında, Prezident administrasiyası və hökumət binasının yanında başlayıb. Daha sonra Sofiyanın küçələri ilə kütləvi yürüş təşkil olunub.

 

Paytaxtda asayişi gücləndirilmiş polis qüvvələri təmin edib.

 

"Dirçəliş" partiyasının nümayəndələri bildiriblər ki, kütləvi aksiyalar Varna, Plovdiv, Şumen və digər şəhərlərdə də keçirilib.

Chosen
39
7
senzor.az

8Sources