EN

Böyük Britaniya ilə ABŞ arasında texnologiya sahəsində saziş imzalanacaq

Sherg.az saytına istinadən ain.az xəbər verir.

Böyük Britaniya ilə ABŞ arasında prezident Donald Trampın Birləşmiş Krallığa dövlət səfəri zamanı "inqilabi texnologiya razılaşması" imzalamağa hazırlaşır.

"Report" "Bloomberg"ə istinadən xəbər verir ki, bu barədə Birləşmiş Krallıq hökuməti məlumat yayıb.

Böyük Britaniyanın Elm, İnnovasiya və Texnologiya Departamenti bildirib ki, bu razılaşma Atlantik okeanının hər iki tərəfində bizneslərə və istehlakçılara dəstək verəcək. Anlaşmanın detalları isə açıqlanmayıb.

"Süni intellekt və kvant hesablamaları kimi qabaqcıl texnologiyalar həyatımızı dəyişəcək", - Böyük Britaniyanın elm, innovasiya və texnologiya üzrə naziri Liz Kendall bəyan edib.

O əlavə edib ki, bu texnologiyalar xəstəliklərin müalicəsində yeni yanaşmaları və ictimai xidmətlərin təkmilləşdirilməsini mümkün edəcək.

Qeyd edək ki, Donald Tramp çərşənbə axşamı ikinci dəfə dövlət səfəri çərçivəsində Böyük Britaniyada olacaq. Üç gün davam edəcək səfərdə Trampı "Nvidia" şirkətinin rəhbəri Censen Huanq və "OpenAI" şirkətinin rəhbəri Sem Altman müşayiət edəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
43
2
sherg.az

3Sources