EN

Rasim Ağayev vəfat etdi

ain.az bildirir, Bizim media saytına əsaslanaraq.

Bu gün, bazar günü 85 yaşında uzun sürən xəstəlikdən sonra Azərbaycanın klassik jurnalistika məktəbinin görkəmli nümayəndələrindən biri Rasim Ağayev dünyasını dəyişib.Bizim.Media xəbər verir ki, R. Ağayev 1964-cü ildən jurnalistikada fəaliyyət göstərirdi. Uzun illər Azərbaycan Dövlət Radiosunun rus dilində verilişlər redaksiyasında əməkdaş, daha sonra isə redaksiyanın müdiri olub.“Novosti” informasiya agentliyinin və “Trud” qəzetinin xüsusi müxbiri kimi çalışıb, sovet jurnalisti qismində Liviyada və Suriyada fəaliyyət göstərib.1989-cu ildən etibarən R. Ağayev Azərbaycan partiya və dövlət strukturlarında rəhbər vəzifələr tutub: Azərbaycan KP MK birinci katibinin köməkçisi, daha sonra MK-nın ideologiya şöbəsinin müdiri olub. 1992-ci ildə Azərbaycan prezidentinin mətbuat katibi vəzifəsində çalışıb. (Haqqın.az)Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
61
1
bizim.media

2Sources