EN

ABŞ qırıcıları Puerto-Rikoda

Amerika Birləşmiş Ştatlarının (ABŞ) beşinci nəsil "F-35" qırıcılarından beşi Venesuela ilə gərginliyin artdığı bir vaxtda ABŞ-yə məxsus ada dövləti olan Puerto-Riko ərazisinə enib.

 

Modern.az-ın məlumatına görə, bu barədə "Reuters" agentliyi xəbər verir.

 

Agentliyin məlumatına əsasən, ən yeni Amerika qırıcılarının enməsi adanın şimal-şərqində yerləşən Seyba şəhərindəki keçmiş hərbi dəniz bazası Ruzvelt-Roudsda müşahidə edilib.

 

Həmçinin bu bölgədə Amerika helikopterləri və "Osprey" konvertoplanları da görülüb.

 

Bundan əvvəl Pentaqon rəhbəri Pit Heqset Karib dənizi bölgəsində hərbi mövcudluğu artırmaq məqsədilə narkotik qaçaqmalçılığına qarşı mübarizənin gücləndirilməsi bəhanəsi ilə Puerto-Rikoya səfər edib. Heqset və ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinin sədri Den Keyn Puerto-Riko qubernatoru Cennifер Qonsaleslə görüşüblər.

Chosen
38
8
modern.az

9Sources