ain.az, Qol.az portalına istinadən məlumat yayır.
Futbol üzrə Niderland çempionatında 5-ci turun oyunları keçirilir.
QOL.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Ozan Can Kökçünün çıxış etdiyi "Volendam" səfərdə “Go Ahead Eagles” komandasına 0:3 hesabı ilə uduzub.
Kökçü komandası hesabda 0:3 geridə olarkən - 62-ci dəqiqədə meydana daxil olub.
Qeyd edək ki, hazırda “Volendam” 5 oyuna 4 xalla turnir cədvəlində 14-cü pillədə qərarlaşıb. "Feyenoord" 12 xalla liderdir.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.