EN

Güləşçimiz finalda - DÇ

Sərbəst güləşçimiz Giorgi Meşvildişvili (125 kq) Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən düyna çempionatında finala yüksəlib.

"Football-plus.az" xəbər verir ki, o, yarımfinalda Polşa təmsilçisi Robert Baranla üz-üzə gəlib. Rəqibini üstələyən Meşvildişvili həlledici görüşə vəsiqə qazanıb. Final qarşılaşması bu gün keçiriləcək.

Qeyd edək ki, dünən mübarizəyə qoşulan digər 3 güləşçimiz - Nürəddin Novruzov (61), Kənan Heybətov (70 kq) və Arseniy Djioyev (86 kq) əvvəlki mərhələlərdə uduzaraq medalsız qalıb.

Chosen
74
1
football-plus.az

2Sources