ain.az, Yeniavaz saytına istinadən bildirir.
Son 24 saat ərzində Kamçatkada 62 yeraltı təkan qeydə alınıb.
Yeniavaz.com Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına istinadən xıbır verir ki, təkanların maqnitudası 3,5–7,4 bal arasında dəyişib. Onlardan 8-i yerli əhali tərəfindən hiss olunub.
Maqnituda 7,4 olan ən güclü zəlzələ yaşayış məntəqələrində 6 bala qədər qüvvə ilə hiss edilib. Hadisədən sonra sunami təhlükəsi elan edilsə də, dalğa məskunlaşan ərazilərə yaxınlaşmayıb.
Alimlər Kambalnı vulkanında aktivlik qeydə alıblar. Turistlərə və yerli sakinlərə təhlükəsizlik məqsədilə vulkana yaxınlaşmamaq tövsiyə olunub. Hazırda Bezımyannı, Şiveluç, Klyuçevskoy, Karımskoy və Kraşeninnikov vulkanlarının fəaliyyəti də davam edir.
Təbii hadisələr fonunda Mys Levaşovadan Ust-Bolşeretski rayonunun Oktyabrski kəndinə gedən yol bağlı qalıb.
Xatırladaq ki, 1952-ci ildən sonra Kamçatkada ən güclü – 8,8 bal gücündə zəlzələ bu ilin iyunun 30-da baş verib. O vaxtdan bəri bölgədə afterşoklar davam edir və avqustun 14-dən Kamçatka diyarında təbii fövqəladə vəziyyət elan olunub.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.