EN

Ukraynanın müdafiə naziri: “Mübarizənin davam etməsi üçün ən azı $120 mlrd.-a ehtiyac var”

“Döyüş əməliyyatlarının davam etməsi halında Ukraynanın 2026-cı ildə ən azı 120 milyard dollara ehtiyacı olacaq”.

Bunu Ukraynanın müdafiə naziri Denis Şmıqal deyib.

O, həmçinin qeyd edib ki, döyüş əməliyyatları dayandırılsa belə, ordunu mümkün yeni təcavüzə qarşı hazır vəziyyətdə saxlamaq üçün bu məbləğdən az olmayan bir məbləğ tələb olunacaq.

Bundan əlavə, Şmıqal Rusiyanın Moskva vilayətində uçuşlar üçün maneələr yaratmaq istiqamətində əməliyyatların davam etdirilməsinin zəruriliyini bildirib. Onun sözlərinə görə, bu, Moskva elitaları üçün çətinliklər yaradır və onlar birbaşa Putina münaqişəni dayandırmaq üçün müraciət edirlər.

MənbəOXU.AZ
Chosen
22
1
banker.az

2Sources