EN

Bu bölgəmizdə temperatur 10 12 dərəcə enib FOTO VİDEO

Bizim media saytına istinadən ain.az xəbər verir.

Artıq üçüncü gündür Şimal-Qərb bölgəsində qeyri-sabit hava şəraiti davam edir.Bizim.Media-nın yerli bürosu xəbər verir ki, yay fəsli hələ başa çatmasa da bölgədə temperatur əvvəlki günlərə nisbətən xeyli aşağı düşüb. Artıq ikinci gündür ki, yağış yağır.Bölgənin yüksək dağlıq ərazilərində gecələr temperaturun 10 dərəcənin altına düşdüyü deyilir. Belə ki, Böyük Qafqazın cənub yamacları boyu əksər ərazilərə qar yağıb.

 

Bölgəyə səfərə çıxanlara yollarda ehtiyatlı olmağı, sürüşkən yolları nəzərə almaq, eyni zamanda özləri ilə çətir götürmək tövsiyyə olunur.

Belə hava şəraitinin qarşıdakı bir neçə gündə də davam edəcəyi bildirilir.

Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
16
1
bizim.media

10Sources