EN

“Şamaxı” “Karvan Yevlax”ı, “Neftçi” “Sabah”ı qəbul edir – YENİLƏNİR 

Bu gün Misli Premyer Liqasında dördüncü tura yekun vurulacaq. 

İdmanxeber.az xəbər verir ki, sonuncu oyun günündə iki matç keçiriləcək. 

Əvvəlcə “Şamaxı” öz meydanında “Karvan-Yevlax”ı qəbul edəcək. Qarşılaşmaya 16:30-da start veriləcək. Hazırda “Şamaxı” 3 turdan sonra 2 xalla 9-cu, Yevlax klubu isə 4 xalla 7-ci pillədə qərarlaşıb.

Turun son matçında isə “Neftçi” doğma divarlar arasında “Sabah”ı sınağa çəkəcək. Bu görüşün start fiti 19:00-da səslənəcək. İlk 3 turda qələbə qazana bilməyən “Neftçi” hazırda 2 xalla turnir cədvəlində 10-cudur. “Sabah” isə 2 oyundan 3 xal toplayıb və 8-cidir. 

14 sentyabr (bazar)

16:30. “Şamaxı” – “Karvan-Yevlax”
Hakimlər: 
Fərid Hacıyev, Rəhman İmami, Akif Əmirəli, Əkbər Əhmədov

VAR: Nicat İsmayıllı
AVAR: Kamran Əliyev
Şamaxı şəhər stadionu

19:00. “Neftçi” – “Sabah”
Hakimlər:
 İnqilab Məmmədov, Namiq Hüseynov, Elşad Abdullayev, Vüqar Həsənli

VAR: Kamal Umudlu
AVAR: Vüsal Məmmədov
“Neftçi Arena”

Chosen
118
idmanxeber.az

1Sources