Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Qətər Dövlətinə işgüzar səfərə yola düşüb.
Senzor.az bildirir ki, bu barədə XİN-in Mətbuat Xidmətindən məlumat verilib.
Səfər çərçivəsində nazirin 14-15 sentyabrda Doha şəhərində keçiriləcək Fövqəladə Ərəb-İslam Sammitində iştirak və çıxışı, habelə yüksək səviyyəli ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.