EN

Şuşada Türk Dünyası Sığorta Birliyinin ilk Assambleyası işinə başlayıb

Türk Dünyası Sığorta Birliyinin ilk Assambleyası Azərbaycan Mərkəzi Bankının strateji dəstəyi, "Azərbaycan Sığortaçılar Assosiasiyası" İctimai Birliyinin təşkilatçılığı və Türk Dövlətləri Təşkilatının (TDT) iştirakı ilə Şuşada işinə başlayıb.

Tədbirdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Macarıstan, Türkmənistan və Şimali Kiprdən dövlət rəsmiləri, maliyyə requlyatorları, sığorta assosiasiyalarının nümayəndələri, eləcə də TDT-nın rəhbərliyi iştirak edir.

Assambleya çərçivəsində Türk Dünyası Sığorta Birliyinin TDT-nın məqsəd və prinsiplərinə əsaslanaraq yenidən formalaşdırılmasına dair "Proklamasiya sənədi"nin imzalanması nəzərdə tutulub.

Qeyd edək ki, Türk Dünyası Sığorta Birliyi 24 may 2022-ci ildə Azərbaycan ilə Türkiyənin sığorta assosiasiyalarının ortaq razılığı və birgə təşəbbüsü ilə İstanbulda təsis edilib. Quruma Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistanın sığorta assosiasiyaları üzv olub. Daha sonra Macarıstan, Türkmənistan və Şimali Kiprin sığorta assosiasiyaları müşahidəçi qismində qoşulublar.

Birliyin ilk Assambleyası təşkilatın "Yol xəritəsi"nə uyğun olaraq, alfabetik ardıcıllıq əsasında Azərbaycanda keçirilir.

Chosen
18
22
news365.az

10Sources