EN

Azərbaycana girişi qadağan edilən Valuyev axtarışa verildi

ain.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.

Dövlət Dumasının deputatı və keçmiş boksçu Nikolay Valuyev “Ukraynanın ərazi bütövlüyə toxunma” maddəsi ilə ittiham edilərək axtarışa verilib.Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Ukrayna Təhlükəsizlik Xidməti (UTX) yayıb.Bu ittiham ona qarşı 2022-ci ildə Xmelnitski vilayətinin səlahiyyətləri istiqamətində irəli sürülüb.Xatırladaq ki, Nikolay Valuyevin Azərbaycana girişinə qadağa qoyulub. O, “Rossotrudniçestvo” agentliyinin Azərbaycandakı nümayəndəliyi, yaxud “Rus Evi”nin Bakıdakı filialının bağlanması məsələsi ilə bağlı danışarkən Azərbaycan xalqına qarşı tənqidi, təhqiredici ifadələr işlədib.

 

Onun bu açıqlamaları Azərbaycana və azərbaycanlılara qarşı “təhdid xarakterli” hesab olunub və Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən tamamilə qəbuledilməz sayılıb.

Bu ifadələrə görə Valuyev Azərbaycana girişinə qadağa qoyulan şəxslər siyahısına daxil edilib. Azərbaycan tərəfi bunu Valuyevin söylədiyi fikirlərin “tamamilə qəbuledilməz” olması ilə izah edib.Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
16
1
bizim.media

2Sources