Ukrayna Prezidenti Vladimir Zelenski Avropa ölkələrinə müraciət edib.
Dövlət başçısı Avropa ölkələrinə səslənərək vurğulayıb ki, yalnız sanksiyalar Rusiyanın başladığı müharibəni dayandıra bilər.
“Mən bütün tərəfdaşlarımıza müraciət edirəm: artıq yeni sanksiyaların tətbiqinə mane olacaq bəhanələr axtarmaqdan imtina edin. Əgər kimsə bu müharibənin bitməsini istəyirsə, Rusiya hərbi maşınının qarşısını almaq üçün vacib addımlar atmalıdır. Biz ABŞ-dən daha qəti addımlar, güclü sanksiya və tarif siyasəti gözləyirik. Elə bir siyasət ki, bütün dünya üçün ciddi arqument olsun”, – Zelenski qeyd edib.