EN

Türkiyə millisi üçün tarixi oyun - Bu gün final var

style='margin-bottom:10px;'>

Bu gün kişilər arasında basketbol üzrə Avropa çempionatının final oyunu keçiriləcək.

QOL.az xəbər verir ki, həlledici qarşılaşmada Türkiyə millisi ilə Almaniya komandası üz-üzə gələcək. Latviyanın paytaxtı Riqa şəhərində təşkil olunacaq matç Bakı vaxtı ilə saat 22:00-da başlanacaq və TRT-1 kanalı ilə canlı yayımlanacaq.

Qeyd edək ki, Türkiyə milli komandası bu yarışın yarımfinalında Yunanistana 94:68 hesabı ilə məğlub edərək 
finala yüksəlib. Bu, ay-ulduzluların ikinci Avropa finalıdır. İlk dəfə onlar 2001-ci ildə həlledici qarşılaşmada oynamışdılar.

Türkiyə bu gün qələbə qazansa, bu, onların ilk Avropa çempionluği olacaq.

Qeyd edək ki, Türkiyə və Almaniya bunadək 11 dəfə qarşılaşıb. Həmin matçlardan 4-də Türkiyə, 7-də isə Almaniya qələbə qazanıb.

Hazırkı Avropa çempionatlnda Türkiyənin ən məhsuldar oyunçusu Alperen Şengün, Almaniyada isə Franz Wagnerdid. Bu gün hər İki NBA ulduzu da meydanda olacaq.

Chosen
38
1
teleqraf.com

3Sources