EN

ABŞ nümayəndəsi: Çinin dəstəyi olmasa Rusiya müharibəni davam etdirə bilməzdi

BAKI, 14 sentyabr. TELEQRAF

"Çinin dəstəyi olmasa, Rusiya müharibəni davam etdirə bilməzdi, lakin Ukrayna mübarizə apararaq “Vyetnam ssenarisindən” yayınacaq".

Teleqraf “RBK-Ukrayna”ya istinadən xəbər verir ki, bunu ABŞ-nin Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Kit Kelloq deyib.

Kelloq əmindir ki, müharibənin uzunmüddətli olmasına baxmayaraq, Ukrayna müstəqilliyini qoruyub saxlamağa və Rusiyaya müqavimət göstərməyə qadirdir.

O, “Vyetnam ssenarisi” ilə bağlı sualı şərh edərkən bildirib ki, Ukraynanın daxili sabitliyi və beynəlxalq dəstəyi daha güclüdür:

“Mən ukraynalıları hava həyəcanı zamanı metroda gördüm. Onlar vahiməyə qapılmır, əksinə qürurla dövlət himnini oxuyurdular. Bu, təkrarsız mənzərədir və göstərir ki, Ukrayna dövlət kimi yox ola bilməz”, –xüsusi nümayəndə vurğulayıb.

Chosen
8
teleqraf.com

1Sources