EN

Beyləqan Polis Şöbəsinin baş inspektoru yol qəzasında ölüb FOTO

ain.az, Newscenter.az portalına istinadən məlumat verir.

Ötən gecə Beyləqanda 1 nəfərin ölümü, 1 nəfərin yaralanması ilə nəticələnın qəzada dünyasını dəyişən vəzifəli şəxs olub. Newscenter.az xəbər verir ki, "Lexus" və BMW markalı avtomobillərin toqquşması zamanı ölən şəxs, BMW-nin sürücüsü polis baş leytenantı Rəşad Hacıyev Beyləqan Rayon Polis Şöbəsində Dövlət Yol Polisi Bölməsinin İnzibati Təcrübə üzrə baş inspektoru vəzifəsində çalışırmış.Qəza zamanı rayon sakini, 1995-ci il təvəllüdlü İbrahimli Yusif Fəttullah oğlu müxtəlif dərəcəli xəsarət alıb. Yaralı Beyləqan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.Faktla bağlı araşdırma davam etdirilir.Mehman Mehdiyev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
42
14
newscenter.az

10Sources