EN

Binəqədidə obyektdə yanğın olub

Bakı şəhərinin Binəqədi rayonunda yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən Day.Az-a verilən məlumata görə, rayonda ümumi sahəsi 440 m² olan ikimərtəbəli mansarda tipli müxtəlif təyinatlı obyektin mansardasında 30 m² sahədə əşyalar yanıb. Yanğın zamanı yağınsöndürənlər və xilasedicilər tərəfindən 4 nəfər xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib.

Obyektin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Chosen
40
19
day.az

10Sources