EN

3x3 basketbol millimiz Dünya Qadın Seriyasının vitse-çempionu olub

Bakı. Trend:

13-14 sentyabr tarixlərində Çinin Şanxay şəhərində qadınlardanibarət millimizində iştirak etdiyi 3x3 basketbol üzrə Dünya QadınSeriyasının final mərhələsinin oyunları keçirilib.

Trend xəbər verirki, qadın millimiz yekun mərhələnin ilk qrup oyununda Kanadaseçməsinə 13:21 hesabı ilə məğlub olsa da, 2-ci və 3-cü oyunlardamüvafiq olaraq Niderland U-25 yığmasına 21:19, "Rapid" (Rumıniya)klubuna 19:15 hesabları ilə qalib gələrək, 1/4 finala vəsiqəqazanıb.

Millimiz 1/4 finalda Monqolustanın "Ulaanbaatar Amazons" klubunuəlavə vaxta gedən oyunun yekununda 19:17 hesabı ilə məğlub etdikdənsonra, yarımfinalda yenidən Niderland yığması ilə üz-üzə gəlib və21:19 hesablı qələbə qazanaraq 3x3 basketbol tariximizdə ilk dəfəmilli komanda olaraq iştirak etdiyimiz Dünya Qadın Seriyasınınfinal mərhələsində finala yüksəlib.

Həlledici görüşdə millimiz final mərhələsinin favorit komandasısayılan güclü Kanada yığması ilə qarşılaşıb və 12:21 hesabı iləməğlub olaraq vitse-çempion ünvanına yiyələnib.

Chosen
39
4
az.trend.az

5Sources