EN

ABŞ "F-35"ləri Venesuela yaxınlığına YERLƏŞDİRDİ

ABŞ-ın beşinci nəsil beş "F-35" qırıcı təyyarəsi Venesuela ilə gərginliyin artması fonunda Puerto-Rikoya yerləşdirilib.

Musavat.com "Reuters"ə istinadən xəbər verir ki, ən yeni amerika qırıcıları adanın şimal-şərqindəki Ceiba şəhərindəki keçmiş Ruzvelt Roads hərbi dəniz bazasında yerləşdirilib.

Ərazidə Amerika helikopterləri və "Osprey tiltrotor" təyyarələri də müşahidə edilib.

Sentyabrın 8-də Pentaqonun rəhbəri Pit Heqset narkotik qaçaqmalçılığı ilə mübarizənin gücləndirilməsi məqsədilə Karib hövzəsində hərbi birləşmələrin bir hissəsi olaraq Puerto-Rikoya səfər edib. Heqset və ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Den Keyn Puerto Riko qubernatoru Cennifer Qonzales ilə görüşüb.

Daha əvvəl "Reuters" xəbər vermişdi ki, Vaşinqton on "F-35" qırıcısını Puerto-Rikodakı hava bazasına köçürmək niyyətindədir. "The Washington Post" qəzeti yazır ki, Pentaqon Tramp administrasiyasının Latın Amerikasındakı narkotik kartellərinə qarşı elan etdiyi "müharibə" çərçivəsində adanın ərazisindən hərbi təyyarələrin qalxması üçün istifadə planlarını nəzərdən keçirir.

Puerto Riko Birləşmiş Ştatların "qeyri-mütəşəkkil ərazisi" statusuna malikdir. Ada ərazisinin özünüidarəetmə sistemi var, Vaşinqton öz xarici siyasətini müəyyənləşdirir və orada qoşun yerləşdirə bilir.

Musavat.com

Chosen
28
musavat.com

1Sources