EN

Rusiyanın Azərbaycana verdiyi yeganə pozitiv də artıq sıfırlandı - "Rus ayısı" ilə normal münasibət mümkün olmur

Rusya qonşular üçün, Avropa üçün, Asiya üçün, bütün planet üçün təhlükə deməkdir. Rusya demək, narahatlıq deməkdir. Rusya demək, etibarsız tərəfdaş, etibarsız qonşu deməkdir. Rusya demək, təhdid deməkdir.

Yəni bir qonşu olaraq, 200 ildən çoxdur Rusya ilə bu və ya başqa şəkildə təması olan bir ölkənin övladı kimi, bir millətin yeni nəsli kimi biz Rusya haqqında pozitiv heç nə deyə bilmirik.

Bir qrup azərbaycanlının Rusya haqqında dediyi cəmi bir pozitiv məqam vardı: "İki milyon azərbaycanlı orada yaşayır və çalışır, ailələrini Rusiyada qazandıqları pullarla dolandırır".

Amma indi o pozitiv istinad da sıfırlandı. Bizim milyonlarla soydaşımız orada əzilir, təhqir olunur, aşağılanır, öldürülür, həbs olunur, gözdən salınır. Qazandıqları pullar da, əldə etdikləri mal varlığı da qarət olunur. Bu baxımdan artıq Rusiyanın bəzi azərbaycanlıların gözündə olan yeganə müsbəti də sıradan çıxmaqdadır.

Rusya hər zaman Azərbaycanın maraq və çıxarlarının əleyhinə olub: istər Çar Rusiyası dövründə, istər Sovet Rusiyası dövründə, istərsə də indi – Putin Rusiyası dövründə. Azərbaycan isə sadəcə manevrlərlə bu təhdidlərdən özünü əzdirmədən yayınmağa çalışıb. Ötən ilə qədər Azərbaycanın Rusya ilə münasibətlərinin isti saxlanılmasının isə həmişə sadə və dəmir məntiqi səbəbi olub: “Rus ayısı” bizə toxunmasın deyə.

Rusya heç kimlə bərabərhüquqlu ola bilmir. Rusya heç kimlə normal münasibət qura bilmir. Belə bir vəziyyətdə Rusya ilə Azərbaycanın münasibətlərinin müharibə həddinə qədər gərginləşməsi fonunda ən müxtəlif təhdidlər ortaya çıxır.

Onlardan biri barədə də mən TV Musavat-ın baş redaktoru Sevinc Telmanqızı ilə müzakirə zəminində fikirlərimi söylədim.

İndi həmin fikirlərimin bir hissəsini oxucularıma təqdim edirəm:

Rauf Arifoğlu

Chosen
24
50
musavat.com

10Sources