EN

Kaya Kallas: Avropada böyük müharibə təhlükəsi var və vəziyyət 1938-ci ili xatırladır...

Avropa Birliyinin xarici işlər üzrə komissarı Rusiya ilə danışıqları tələ kimi qiymətləndirir...

Poliqon xəbər verir ki, Avro Kaya Kallas "Redaktionsnetzwerk Deutschland"a verdiyi müsahibədə Avropada "böyük müharibə" təhlükəsinin olduğunu bildirərək, hazırkı vəziyyəti 1938-ci illə müqayisə edib.

"Biz 1938-ci ili xatırladan bir vəziyyətlə qarşı-qarşıyayıq. O zaman Çexoslovakiya nasist Almaniyasına qarşı yardım istədi, lakin almadı və nasistlərin əlinə keçdi. Bugünkü fərq ondan ibarətdir ki, əgər Ukrayna süqut edərsə, bütün Avropanın təhlükəsizliyi təhlükə altında olacaq. Biz tarixdən dərs aldığımızı göstərməliyik", deyə Kallas vurğulayıb.

Kallas Ukraynanın ərazi güzəştləri ilə bağlı sülh danışıqlarını "tələ" adlandırıb. O, Rusiyanın danışıqlar strategiyasını üç mərhələli proses kimi təsvir edib: "Əvvəlcə, Moskva heç vaxt ona aid olmayan əraziləri tələb edir. Sonra ultimatumlar və təhdidlər gəlir. Nəticədə, Qərbdə Rusiyaya heç vaxt sahib olmadığı əraziləri təklif etməyə hazır olan səslər səfərbər olunur".

Onun sözlərinə görə, sonda Kreml arzuladığıdan daha çoxunu əldə edir. Kallas Vladimir Putinin öz qoşunlarının nəzarət etmədiyi ərazilərə iddia etdiyini vurğulayaraq, bu cür tələblərin kompromis adlandırıla bilməyəcəyini qeyd edib.

Hazırda, Avropa İttifaqının baş diplomati Kallas, Putinə təzyiqi artırmaq üçün sanksiyaların 19-cu paketini hazırlayır. O, Rusiyanın sanksiyalar səbəbindən artıq 450 milyard dollar itirdiyini bildirərək, masada çoxlu "yaradıcı həllər" olduğunu deyib.

Poliqon.info

Chosen
29
poliqon.info

1Sources