EN

Təhlükəsizlik Şurasının qətnamələri bərpa olunarsa, AEBA ilə razılaşma dayandırılacaq – İrandan bəyanat

Bakı. Trend:

İran və onun nüvə obyektlərinə qarşı istənilən addım atıldığı, ocümlədən BMT Təhlükəsizlik Şurası tərəfindən icrası dayandırılanqətnamələr bərpa olunduğu halda, İran və AEBA arasındakı əməkdaşlıqmetodu ilə bağlı razılaşmanın icrası dayandırılacaq.

Trend-inməlumatına görə, bu barədə İranın Ali Milli Təhlükəsizlik Şurasınınİran xarici işlər naziri Seyid Abbas Araqçi və Atom Enerjisi üzrəBeynəlxalq Agentliyin baş direktoru Rafael Qrossi arasındaimzalanan razılaşma haqda yayımladığı bəyanatda qeyd olunur.

Bəyanata əsasən, İran və AEBA arasında yeni əməkdaşlıq metodununmətni İranın Ali Milli Təhlükəsizlik Şurasının nüvə komitəsindəaraşdırılıb və imzalanıb. Ümumilikdə bu komitənin təsdiqlədiyi mətnəsasında İran və AEBA arasında əməkdaşlıq metodu formalaşıb.

Bəyanatda bildirilir ki, ölkənin müxtəlif əlaqədar qurumlarınınyüksək səviyyəli rəsmilərindən ibarət Ali Milli TəhlükəsizlikŞurasının nüvə komitəsi bütün dövrlərdə bu şura tərəfindən icazəəsasında qərar verib və hazırda da həmin formada qərarverməkdədir.

Bəyanatda əlavə olunur ki, ABŞ və İsrail tərəfindən vurulan vəAtom Enerjisi üzrə Beynəlxalq Agentliyin nəzarətində olan İranınnüvə obyektləri ilə əlaqədar lazımi təhlükəsizlik şəraitiyarandıqdan sonra Ali Milli Təhlükəsizlik Şurasının rəyi əsasındaİran öz hesabatını Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə təqdimedəcək. Növbəti mərhələdə isə İran və AEBA arasında agentliyəünvanlanan hesabat haqda əməkdaşlıq metodları haqda razılıq əldəolunmalı və istənilən addım haqqında Ali Milli TəhlükəsizlikŞurasının təsdiqi alınmalıdır.

Əlavə edək ki, 11 sentyabrda İran xarici işlər naziri SeyidAbbas Araqçi və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) başdirektoru Rafael Qrossi Misir paytaxtı Qahirədə qarşılıqlıəlaqələri bərpa etmək və Tehranın nüvə obyektlərində bütünyoxlamaları dayandırdıqdan sonra əməkdaşlıq üçün yeni qaydalarbarədə razılığa gəliblər.

Qeyd edək ki, Hərtərəfli Birgə Fəaliyyət Planının 36 və 37-cümüddəalarına əsasən, plana üzv ölkələrdən birinin başqa bir tərəfinplanı pozmağa dair şikayəti əsasında müxtəlif mərhələlər başlanır.Mərhələlər nəticəyə çatmadığı halda, şikayət edən ölkə məsələni BMTTəhlükəsizlik Şurasında irəli sürə bilər. İrandan şikayət BMTTəhlükəsizlik Şurasında irəli sürüldüyü və qəbul edildiyi halda,İran əleyhinə beynəlxalq sanksiyalar yenidən qüvvəyə minə bilər.Üstəlik BMT Təhlükəsizlik Şurası üzvlərinə İran əleyhinə hərbiəməliyyat icazəsi verir.

Chosen
58
az.trend.az

1Sources