EN

Qazaxıstanda ağır yol qəzası: 10 nəfər öldü

Qazaxıstanın cənub-şərqindəki Jetısus vilayətində magistral yolda üç avtomobilin toqquşması nəticəsində 10 nəfər ölüb.

Bakıvaxtı.az yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə "Kazavtoyol" avtomobil operatoru məlumat yayıb.

Məlumata görə, hadisə sentyabrın 14-nə keçən gecə Almatı-Ust-Kamenoqorsk avtomobil yolunda baş verib.

"Cənub istiqamətində hərəkət edən "Nissan Cefiro" markalı avtomobil əks tərəfdəki hərəkət zolağına çıxıb və orada "Lada" markalı avtomobillə, ardınca isə "Chevrolet Cobalt" markalı avtomobillə toqquşub. Qəza nəticəsində "Nissan Cefiro"nun sürücüsü hadisə yerində ölüb. "Lada VAZ"ın bir sərnişini ölüb, digəri xəsarət alıb. "Chevrolet Cobalt"da biri uşaq olmaqla 8 nəfər olub. İlkin məlumata görə, onların hamısı hadisə yerində dünyasını dəyişib", - məlumatda bildirilir. 

Chosen
37
bakivaxti.az

1Sources