UEFA Çempionlar Liqasının Liqa mərhələsinin I turu çərçivəsində keçiriləcək "Benfika" (Portuqaliya) -"Qarabağ" matçının hakimləri açıqlanıb.
İdman.biz xəbər verir ki, oyunu belçikalı FIFA referisi Erik Lambrexts idarə edəcək.
Onun köməkçiləri Co De Veird və Kevin Monteni olacaq. Dördüncü hakim funksiyasını isə Natan Verbumen yerinə yetirəcək.
Qeyd edək ki, "Benfika" – "Qarabağ" matçı sentyabrın 16-da Bakı vaxtı ilə saat 23:00-dastart götürəcək.
İdman.biz