EN

Tiflisdə “viza yürüşü” | VİDEO

Aksiya Tiflis Dövlət Universitetinin əsas binasının yanında başlayıb və Gürcüstan parlamentinə qabağına qədər davam edib. ABŞ və Aİ bayraqları daşıyan yürüş iştirakçıları yolda siyasi qərar mərkəzlərinin - məsələn, paytaxtın meri Kaxa Kaladzenin seçki qərargahanın qarşısında dayanaraq, şüarlar səsləndiriblər.

Mitinqi səkkiz müxalifət partiyası təşkil edib. Onları birləşdirən məqam oktyabrın 4-də keçiriləcək yerli seçkiləri boykot etmələridir.

Aksiya “Ruslara “yox” de, vizasız rejimi və müstəqilliyi qoru” şüarı altında keçirilib. İştirakçılar siyasi məhbusların dərhal buraxılmasını tələb ediblər. Onların fikrincə, Brüsselin vizasız rejimlə bağlı hansı qərarı verməsi rəsmi Tiflisin insan hüquqları sahəsində atacağı addımlardan asılı olacaq.

2-3 min insanın çıxdığı aksiya dinc şəkildə başa çatıb.

Samir Quliyev
AzVision.az
Chosen
50
1
azvision.az

2Sources