EN

Gələn il güləş üzrə U-17 dünya çempionatı Bakıda keçiriləcək

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



17 yaşadək güləşçilər arasında 2026-cı il dünya çempionatı Bakıda keçiriləcək.
Oxu.Az bu barədə Dünya Güləş Birliyinin (United World Wrestling) rəsmi saytına istinadla xəbər verir.
Mötəbər turniri keçirməyə iddia edən şəhərlər arasında Sofiya (Bolqarıstan), İsgəndəriyyə (Misir), Əmman (İordaniya) və Brasov (Rumıniya) da olub.
Məlumatda bildirilir ki, paytaxtımız 17 yaşadək idmançılar arasında çempionatla gələn ilin dünya çempionatlarının mövsümünü açacaq.
Dünyanın ən güclü yeniyetmə güləşçiləri gələn il 27 iyul - 2 avqustda Bakıda yarışacaqlar.
Bundan başqa, 20 yaşadək güləşçilər arasında 2026-cı il dünya çempionatı avqustun 17-dən 23-dək Manamada (Bəhreyn), 23 yaşadək güləşçilər arasında 2026-cı il dünya çempionatı isə Las-Veqasda (ABŞ) oktyabrın 12-dən 18-dək keçiriləcək.
Chosen
65
8
oxu.az

10Sources