"Zirə" "Qarabağ"ın daha bir futbolçusunu heyətinə qatıb.
Fanat.Az xəbər verir ki, "qartallar" "Qarabağ"ın və Azərbaycanın U-19 millisinin müdafiəçisi Ömər Həsənlini rənglərinə bağlayıb.
Qeyd edək ki, Ömər bu yaxınlarda Azərbaycan U-19 millisinin heyətində Sloveniyada təşkil olunan beynəlxalq turnirdə iştirak edib.