Sığorta sektorunda həyata keçirilən islahatlar sektorun inkişaf və dayanıqlıq göstəricilərində də öz əksini tapıb. Belə ki, cari ilin birinci yarısına münasibətdə sektorun aktivləri son 1 il ərzində 12 faiz artmaqla 2.1 milyard manatı ötüb.
Publika.az xəbər verir ki, bunu Şuşa şəhərində keçirilən Türk Dünyası Sığorta Birliyinin I Assambleyasında çıxışında Azərbaycan Mərkəzi Bankının (AMB) sədrinin birinci müavini Əliyar Məmmədyarov deyib.
Ə.Məmmədyarov bildirib ki, sektorun məcmu kapitalı risk kapitalını 2 dəfəyə qədər üstələyib. Sektorun gəlirlilik göstəricilərində də artımlar müşahidə edilib. Sektorun ümumi mənfəətliliyi 2025-ci ilin 1-ci yarısına 80 milyon manatı ötüb, aktivlərin gəlirlilik göstəricisi (ROA) 7 faiz, kapitalın gəlirlilik göstəricisi (ROE) isə 25 faiz olub.