EN

Türkiyədən Türkmənistana dəri ixracı azalıb (ÖZƏL)

BAKI, TurkicWorld

Türkiyə 2025-cü ilin avqust ayında Türkmənistana dəri ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 6,8 faiz azalaraq, 427 min 28 dollara çatdırıb.

Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

2025-ci ilin yanvar – avqust aylarında Türkiyədən Türkmənistana dəri ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 11,4 faiz azalaraq, 2 milyon 709 min 1 dollara bərabər olub.

Qeyd edək ki, 2025-ci ilin yanvar-avqust aylarında Türkiyənin dəri ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 4,7 azalaraq, 986 milyon 646 min dollara bərabər olub.

“Bu ilin avqust ayında Türkiyə 137 milyon 420 min dollar məbləğində dəri ixrac edib ki, bu da keçən ilin avqust ayı ilə müqayisədə 7 faiz azdır” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (avqust 2024-avqust 2025) Türkiyə 1 milyard 477 milyon 735 min dollar məbləğində dəri ixrac edib.

Chosen
17
30
turkic.world

10Sources