Selçuk Bayraktaroğlu Nuri Paşanın komandanlığı ilə Qafqaz İslam Ordusunun Bakıya gəlişi və Bakının bolşevik işğalından azad edilməsinin 107-ci ildönümü münasibətilə Türk və Azərbaycan şəhidliklərində Selçuk Bayraktaroğlunun iştirakı ilə anım mərasimi keçiriləcək.
Daha əvvəl Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev bildirib ki, ordu generalı Selçuk Bayraktaroğlunun ölkəmizə nəzərdə tutulan səfəri ordularımız arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcək. /report.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31