EN

Mahirin adı yenə sifariş ərizəsində yoxdu

Almaniyanın 2-ci bundesliqasında 5-ci turun oyunları keçirilir.

"Football-plus.az" xəbər verir ki, Mahir Emrelinin komandası “Kayzerslautern” bu gün səfərdə “Qroyter”lə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 15.30-da başlanacaq.

Mahirin adı matçın iştirak siyahısında yoxdur. O, 4-cü turda “Darmştadt”la görüşdə də iştirak etməmişdi. Buna səbəb kimi Emrelinin zədəli olduğu göstərilmişdi.

Həmin görüşdən sonra Emreli millimizin heyətində DÇ-2026-nın İslandiya və Ukraynaya qarşı matçlarında isə əsas heyətdə oyuna çıxmışdı.

Chosen
20
2
football-plus.az

3Sources