Bakı. Trend:
Danimarka hökuməti qanun və qaydaları pozaraq, Ukrayna şirkətinəUkraynanın ən güclü raketləri üçün bərk yanacaqla işləyən raketkomponentləri zavodu tikməyə icazə verəcək.
Trend-inməlumatına görə, bu barədə Danimarkanın "DR" yayım şirkətibildirib.
"Ukrainian Fire Point" şirkəti Skridstrupda Ukraynanın ən güclüraketlərinin bəziləri üçün vacib komponent olan bərk raket yanacağıistehsal edə biləcək zavod tikəcək. Eyni zamanda, zavodu mümkünqədər tez işə salmaq üçün 20-dən çox müxtəlif qayda və qanunlaraməhəl qoyulmayacaq", - deyə qeyd olunub.
Bildirilib ki, hökumətin planları Danimarka Biznes İdarəsininməsləhətləşmələr üçün göndərdiyi icra fərmanı layihəsində öz əksinitapıb.